19 Iyul 2019, Cümə
“Qəbələ”dən növbəti transfer
“Neftçi”dən tarixə düşən qələbə
“Neftçi” qrup mərhələsinə çıxsa...”
“Neftçi” darmadağınla II mərhələdə

Ölkə futbolu

Qriqorçuk: “...bizə 3 qol vurmaq lazımdı”

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstanın "Panatinaikos" klubu ilə cavab matçı öncəsi mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının sport24.az-a istinadən verdiyi məlumata görə, ukraynalı mütəxəssis "Bakcell Arena"da jurnalistlərin suallarını cavablandırıb.

- Komandanın motivasiya nedədi? Çempionatda əsas rəqibiniz "Qarabağ"ın qalib gəlməsi sizə əlavə motivasiya verdimi?

- Həmişə "Qarabağ"a uğurlar arzulayıram. Uzun illərdir istədiyi məqsədinə çatsın - Çempionlar Liqasının qrupuna düşsün. Bu komandanın oyunu izləməmişəm. Çünki öz işlərimiz, oyunumuz var. Bizə əlavə motivasiya odur ki, istənilən klubun qələbəsi Azərbaycan futbolunun reytinqi artırır. Ancaq "Qarabağ"ın qələbəsi bizə xüsusi motivasiya vermir. Biz öz oyunumuzu düşünürük və qalib gəlmək istəyirik.

- İlk oyunla müqayisədə taktikada ciddi dəyişiklik gözlənilir?

- Əlbəttə, rəqib güclüdü, heyətində sürətli futbolçular var. Ancaq hesab edirəm ki, sürətdə bizim arasında böyük fərq yoxdu. Əsas məqsədimiz futbol oynayaq, oyuna nəzarət edək. Biz bunu bacarsaq, mərhələ keçməyə böyük şansımız olacaq. Ötən illərdəki qrupda oynayanda rəqiblərimizim sürətdə bizdən 3 dəfə üstün idilər. O vaxt bilirdim ki, bu baxımdan şansımız azdı. Ancaq sabahkı rəqibimiz sürətdə bizim üzərimizdə belə üstünlüyə malik deyil.

- Kapitan Cavid Hüseynovun artıq iki sarı vərəqəsi var. O, meydanda çılğın görünür. Sanki meydandan qovulacaq. Onunla fərdi söhbətləşəcəksiniz?

- Sualınız gecikmişdi. Biz Cavidlə ilk sarıdan sonra söhbətləşdik. Ancaq sonra belə çılğılığı olmayıb.

- "Qəbələ"nin səfər oyunlarında daha inamlı təsir bağışladığını görmüşdük. Ancaq Yunanıstanda belə inamlı deyildi. Bu, mövsümə hazır olmamağı deməkdi?

- Bu haqda yeni bir şey deyə bilərəm. Səbəb öz oyun üslubumuzda oynaya bilmədik. Bunda rəqib bizə çox mane oldu. Əminəm ki, sabah öz oyun üslubumuza yaxın oynayacağıq və qarşımızda duran vəzifənin nail ola biləcəyik.

- Rəqibdə fərdi oyun keyfiyyətləri ilə seçilən futbolçular var. Onları zərərsizləşdirmək üçün xüsusi taktika olacaq?

- Rəqibin gcülü tərəflərini haqda dediklərini təsdiqləyə bilərəm. Biz hələ ilk oyunadək "Panatinaikos"u yaxşı təhlil etmişdik. Rəqib haqda çox məlumatımız vardı. Ona görə də yunanlar bizə xüsusi təəccübləndirmədi. Biz düzgün oynamayanda rəqib futbolçularına üstün cəhətlərini göstərməyə asan olur. Öz oyunumuzu oynasaq, yunanlar bunu edə bilməyəcəklər. İnanıram ki, buna nail ola biləcəyik.

- Cavab oyununda ilk matçla müqayisədə start heyətdə dəyişiklər gözlənilirmi?

- Bu haqda heç deyə bilmərəm. Çünki hələ dəqiqləşdirməmişəm. Futbolçuların son durumundan çox şey asılı olacaq. Ümid edirəm ki, futbolçularımız hər keçən gün məşqlə daha yaxşı formada olacaqlar.

- Xavyer Ernades ilk oyunda zədəli olduğundan kənarda qalmışdı. Sabah heyətdə ola bilərmi?

- İndi demək olar bütün futbolçular ümumi qrupda çalışır. Kimin "18-liy"ə düşəcəyini sabah biləcəyik.

- Siz mərhələ keçdikdə jurnalistlərə nəsə ziyafət verirsiniz və bu, düşərli olur. Növbəti mərhələyə keçəcəyinizi söz verə bilərsiniz?

- Yox. Mən bunu edənləri gülüşlə qarşılayıram. Çünki futbolda hər şey ola bilər. "Qəbələ" qrupa düşsə, nəsə sizin üçün vəd edə bilərəm. Özü də böyük məmnuniyyətlə. Mənim vədim odur ki, qrupa düşək, nə etmək haqda fikirləşirəm. Bu, bizə asan olacaq.

- 2 il öncə Yunanıstandan qayıdan təyyarənin quyruğunda Avropa Liqasının qrup mərhələsinə vəsiqə gətirmişdiniz. Bu dəfə Yunanıstana qayıdacaq təyyarəyə "Panatinaikos" futbolçuların "meyitləri"ni yükləyə biləcəksiniz?

- Müqayisənin mənası yoxdur. Çünki hər iki komandada heyətdə böyük dəyişiklər olur. Hətta ilk oyunla uduzsaq belə şansımız pis deyıl. Az olsa belə: onun uğrunda vuruşacağıq. Ancaq indiki vəziyyətdə bu, heç pis deyil.

- "Qəbələ"nin futbolçularınızın fiziki durumunu yüksək olmadığını nəzərə almasaq, əlavə vaxtda gücü çatarmı?

- Hesab etmirəm ki, fiziki cəhətdən zəif deyillər. Bizə qalib gəlmək lazımdı. Bunun neçə 120, yoxsa 1200 dəqiqə olması məni maraqlandırmır.

- 0:1 hesabı təhlükəlidi. O mənada ki, rəqib 1 qol vursa,3 top vurmalı olacaqsınız. Bu, futbolçularınıza psixoloji cəhətdən təsir edə bilərmi?

- Futbolçularla nəzəri məşğələlərdə qeyd etmişik ki, bizə 3 qol vurmaq lazımdı.

- Əvvəl 5:0 hesablı qələbədən danışırdınız..

- (gülür). Buna Yunanıstanda çalışdıq. Ancaq alınmadı.

- Oyunsonrası penaltirlə seriyasına hazırlaşmısınız?

- Açığı, dünən məşq etmişik. Yeni futbolçularımız çoxdur və onların necə penalti vurduqlarını bilmirdim. İndisə bu haqda informasiyam var. Hətat penaltilər olsa belə, kimin vuracağını bilirəm.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31