23 Avqust 2019, Cümə
III turun oyun cədvəlini açıqlandı
"Estremadura" Mahirdən imtina edir
Milli komandamız PES-2020-də
Xanım Dabo da Bordindən narazıdı

Ölkə futbolu

“İnter”in kapitanı: “Zəhranın qanı yerdə qalmayacaq”

“Mladost” öz meydanında daha yaxşı görünürdü. Rəqib öz meydanında qorxulu idi. Amma səfər matçında da çox yaxşı oynadıq, gözəl qollar vurduq. Bu dəfə serblərin keçən oyuna nisbətən əlverişli imkanları olmadı. Bu gün də layiqli qələbə qazandıq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “İnter”in kapitanı Nizami Hacıyev Avroliqanın I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Mladost”u 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Təcrübəli futbolçu ikinci hissədə meydanda tam güclərini ilə çıxış edə bilmədiklərini bildirib:

“Fasilədən sonrakı “boşalma” hesaba görə idi. Rəqib 10 nəfərlə qaldığından, ümumi nəticədə 4:0 hesabı ilə öndə olduğumuzdan bilirdik ki, 95 faiz işimizi görmüşdük. Biz hələ “Barselona” deyilik ki, kimisə biabır edək”.

Nizami Hacıyev bugünkü matçda vurduğu qolu iyulun 4-də erməni vandalizminin qurbanı olan 2 yaşlı Zəhraya həsr etdiyini söyləyib:

“Qolu şəhid olmuş balamıza həsr edirdəm. Allah bu dərdi heç kimin başına gətirməsin. Hər kəs üçün ağır itkidi. Oyundan qabaq o uşağın şəklinə baxıb pis olmuşdum. Allah onun ruhunu şad eləsin. Düşünürəm ki, bu qan yerdə qalmayacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31