2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Qəbələ”nin Avstriyadakı bütün rəqibləri dəqiqləşdi

“Qəbələ” 2017-2018-ci illər mövsümünün hazırlıqlarına start verib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 3-də Bakıda bir araya gələn komanda hazırlıq prosesinə yerli oyunçularla başlayıb.

Toplanışın ilk gününü fitnes zalında çalışmalarla keçirən “qırmızı-qaralar” ayın 6-dək paytaxtda məşq edəcək. “Qəbələ” iyunun 7-də təlim-məşq toplanışı keçirmək üçün Avstriyaya yola düşəcək. Komanda ayın 23-dək Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində məskunlaşacaq.

“Stubaierhof” otelində qalacaq “Qəbələ” 4 yoxlama oyunu keçirəcək. İyunun 12-də “qırmızı-qaralar” Avstriyanın regional liqasında çıxış edən yerli “Fulpmes”lə üz-üzə gələcək. Üç gün sonra Rusiyanın “Terek” komandası ilə görüşəcək “Qəbələ” son iki matçında Bolqarıstan təmsilçiləri ilə qarşılaşacaq. Ayın 19-da Plovdivin “Botev” klubu, 22-də isə bu ölkənin çempionu “Lüdoqorets” komandamıza rəqib olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31