4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Sabah "Simurq"un düşərgəsinə yeni legionerlər qoşulacaq

Yeni mövsümə hazırlıqları Türkiyədə davam etdirən "Simurq" gündə iki dəfə olmaqla məşqlərə çıxır. Futbolxeber.az-ın məlumatına görə, Kartəpədə yerləşən "Green Park" otelində məskunlaşan komandanın səhər hazırlığı əsasən topsuz keçir. Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasına çalışan Georgi Çixradzenin yetirmələri axşam məşqlərini topla davam etdirir. Tam heyətlə qardaş ölkədəki təlim-məşq toplanışına start verən Zaqatala təmsilçisinin düşərgəsinə sabahdan etirbarən baxış üçün dəvət edilmiş legioner futbolçular qoşulacaq. İyunun 30-na qədər bu cür davam edəcək sarı-qaralar, daha sonra yoldaşlıq görüşlərində gücünü sınaqdan keçirəcək. Komandanın ilk rəqibi isə "Spartak - Nalçik" olacaq.

Qeyd edək ki, "Simurq" iyulun 8-də ölkəyə qayıdacaq. Bir neçə günlük istirahətdən sonra isə Zaqatala təmsilçisi hazırlığın üçüncü mərhələsi üçün iyulun 13-də Avstriyaya yola düşəcək. 27-nə qədər burada qalmağı planlaşdıran Georgi Çixradzenin yetirmələri daha dörd yoldaşlıq görüşü keçirməyi nəzərdə tutub.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31