2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Dənizlispor" prezident seçkilərindən sonra mənimlə müqavilə imzalamaq istəyir"

AZAL-ın futbolçusu Viktor İqbekoinin Türkiyənin "Dənizlispor" klubuna keçidi düyünə düşüb. Bu haqda Futbolxeber.az saytına İqbekoinin özü məlumat verib. Afrikalı futbolçu bildirib ki, "Dənizlispor"da qarşıdakı günlərdə prezident seçkilərinin olması keçidi yubadır: "Hələ ki "Dənizlispor"a transferim baş tutmayıb. Hazırda menecerim bu işlə məğul olur. Transferin yubanması səbəbsiz deyil. Əslində ortada ciddi heç bir problem yoxdu. Sadəcə olaraq, ayın 10-da "Dənizlispor"da prezident seçkiləri olmalıdır. Komanda rəhbərliyi də məhz seçkilərdən sonra mənimlə müqavilə imzalamaq istəyir. Məhz bu səbəbdən də məsələ uzanır".

İqbekoi bildirib ki, "Dənizlispor"a deyil, başqa komandaya da üz tuta bilər: "Məsələnin bu qədər yubanması məni qane etmir. Yeni klubumun tezliklə dəqiqləşməsini istəyirəm. Bu səbəbdən də "Dənizlispor"a deyil, başqa bir komandaya da keçə bilər. Təkliflər var. "Dənizlispor" olmasa, ya Türkiyənin başqa klubuna keçəcəyəm, ya da karyeramı elə Azərbaycanda davam etdirəcəyəm".

"Hansısa Azərbaycan klubu ilə danışıq aparırsan" sualını isə İqbekoi belə cavablandırıb: "İndi bu haqda geniş açıqlama vermək istəmirəm. Amma onu deyə bilərəm ki, Azərbaycanı çox sevirəm. Bura mənim ikinci vətənimdir. Ölkənizdə hər şey ürəyimcədir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31