4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Futbolumuzun “Qızıl oğlan”ı 37 yaşında!

Bu gün müstəqil Azərbaycan futbolunun yetişdirdiyi ən parlaq simalardan olan Zaur Tağızdənin ad günüdür. Futbolxeber.az-ın məlumatına görə, “Qızıl oğlan”ın 37 yaşı tamam olur.

Peşəkar karyerasına Mingəçevirin “Kür-Nur” klubunda (10 oyun; 4 qol) başlayan Tağızadə 1997-ci ildə Estoniyaya yollanıb. Bu ölkənin “Lelle Pyarnu” klubunda meydana çıxdığı 6 oyunda 2 dəfə fərqlənən Zaur, ardınca Islandiyaya yollanıb. “Akranes”də 3 oyun keçirdikdən sonra (1 qol) vətənə qayıdıb. “Şəfa”da 6 ay (16 oyun; 2 qol) forma geyib və yenidən Estoniyaya üz tutub. “Flora Tallin” (9 oyun; 4 qol) onun karyerasında sonuncu əcnəbi klub olub.

1999-2000 mövsümündə Bakı MOİK-ində (10 oyun; 1 qol) forma geydikdən sonra “Şəfa”ya keçib. 4 il bu klubun uğurları üçün çalışan Tağızadə 100 oyunda 17 dəfə fərqlənib. “Qızıl oğlan” 2004-cü ildə karyerasının son klubu - “Neftçi” ilə anlaşıb. 2010-cu ildə məhz burada o, karyerasına son qoyub - 132 oyun, 31 qol.

“Neftçi”nin heyətində 2 dəfə ölkə çempionu olan, 2 dəfə ölkə kubokunu və 1 dəfə “Birlik Kuboku”nu qazanan Tağızadə 2001-ci ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.

1997-2007-ci illər aralığında milli komandamızın formasını geyən Tağızadə 40 oyunda 6 dəfə fərqlənib ki, bu qollardan da ən unudulmazı 1999-cu il sentyabrın 4-də Bakıda Portuqaliyanın qapısına vurduğu topdur.

2010-2011 mövsümündə “Neftçi”nin əvəzedicilərində məşqçi kimi çalışan Zaur Tağızadə, 2011-ci ildən “Qarabağ”ın seleksiyaçı məşqçisidir.

Futbolxeber.az saytı səbəbkarı ad günü münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı arzulayır. O gün olsun ki, Zaur Tağızadə futbolçu kimi qazana bilmədiyi uğurları məşqçi kimi qazansın! 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31