8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Əsgər Abdullayev: “Bəzi oyunçuların başına ağıl qoymaq lazımdı”

“Komandamın oyunundan razı qalmadım. Futbolçular komanda oyunundan daha çox fərdi oyuna üstünlük verirdilər”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev deyib.

Premyer Liqanın XXII turu çərçivəsində səfərdə “Qarabağ”la qarşılaşan “ağ-qaralar”ın çalışdırıcısı 0:2 hesablı məğlubiyyətdən sonra matçı dəyərləndirib: “Bəzi oyunçuların başına ağıl qoymaq lazımdı. Onlarla fərdi söhbət edəcəm”.

- Növbəti turda Kanalesi meydanda görə bilərik?

- Kanales komandanın məşqlərində iştirak edir. Komandanın hücum xəttində problemlər var. Biz də istəyərdik ki, Kanales gələn oyunda iştirak etsin.

- Dediz ki, komanda sizin tapşırıqlarınıza əməl etmir. Bu komandadakı intizamsızlıqdan irəli gəlmir ki? İntizamsızlığa görə futbolçular cəzalandırılır? Ruslan Qurbanov artıq neçə oyundu aqressivliyi ilə seçilir...

- Ruslan artıq bir dəfə cəzalandırılıb. Yəni onun hərəkətləriylə bağlı artıq ölçü götürülüb.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31