8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

“Neftçi”nin yetirmələrinin “Rəvan”a kömək etməsinin səbəbi məlum oldu

GÖSTƏRİŞ İCRAÇI DİREKTORDAN GƏLİB
Premyer Liqanın II turu çərçivəsində keçirilən “Rəvan” - “Qarabağ” oyununda topdaşıyanların “Neftçi”nin formasında olmalarının səbəbi məlum olub. Futbolxeber.az-ın məlumatına görə, bu göstəriş “Neftçi”nin icraçı direktoru Elnur Məmmədovdan gəlib. Belə ki, Məmmədov hələ də köhnə işlərinin icrasını davam etdirir. AFFA-da çalışdığı zaman “Bakcell Arena” və “Bayıl Arena”nın nəzarəti ona tapşırılmışdı. “Neftçi”nin icraçı direktoru bu vəzifələrini hələ də icra edir. “Neftçi”nin yetirmələri də “Rəvan”ın oyununa Elnur Məmmədovun göstərişi ilə yollanıb.Bu məsələni “ağ-qaralar” üzərinə götürüb. Mövsümün sonuna kimi “Neftçi” bu baxımdan “Rəvan”a yardım edəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31