4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

“Xəzər Lənkəran”dan etiraz: “3 ildir ki, bu hakimin çəkisini sala bilmirlər”

“Xəzər Lənkəran” Premyer Liqanın II turu çərçivəsində “Sumqayıt”a qarşı baş tutan oyunun baş hakimi Elvin Əsgərovun idarəçiliyindən narazı qalıb. Futbolxeber.az-ın rekord.az-a istinadən verdiyi məlumata görə, Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun oyunsonrası mətbuat konfransında baş məşqçi Yunis Hüseynovdan öncə sözə başlayıb. O bildirib ki, Əsgərovla bağlı şikayətlərini matçın yekun protokoluna yazıblar: "Biz artıq bilmirik nə deyək. Bugünkü oyundakı hakimlikdən çox narazı qaldıq. Belə hakimlik olmaz. Deməyə söz tapmırıq. 3 ildir ki, bu hakimin çəkisini sala bilmirlər. Bu çəki ilə hakimlik eləməzlər. Biz oyundan dərhal sonra narazılığımızı matçın yekun protokoluna bildirdik. Bu arada, matçın hakim-inspektoru tribunada bizim yaxınlığımızda əyləşmişdi. Təsəvvür edin, hakim haqqında yazdıqların qeydlər 2 səhifəni keçmişdi. Məncə, başqa sözə ehtiyac yoxdur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31