25 Fevral 2018, Bazar günü
"Allah bu 3 xalı bizə pay verdi"
“Sumqayıt” “Keşlə”dən güclüdür"
Qriqorçuk: “Bunu gözləmirdim”
Avroliqada 1/8 finalın püşkü atıldı

Ölkə futbolu

“Yalnız hakimin final fitindən sonra başa düşdüm ki, kubok artıq bizimdir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi

- "Neftçi" ilə final oyunu barədə nə deyə bilərsiniz?

- Biz yaxşı meydanda oynayırdıq. Azarkeşlərimiz də bizimlə idi və yaxşı dəstəklədilər. Bu, futbolçulara əlavə motivasiya verirdi. Uşaqlar bu qələbəyə laqiq idilər.

- Hesab 2:0 olandan sonra kubokun sizin olacağınıza inandınız?
- Xeyr. Hətta 3:1 olanda da arxayınlaşmağımızı istəmirdim. Yalnız hakimin final fitindən sonra başa düşdüm ki, kubok artıq bizimdir.

- 19 il əvvəlki məğlubiyyətin əvəzini çıxa bildiniz?
- Düşünmürəm. Bu, tam fərqli tarixdir. "Neftçi"nin uğursuz mövsüm keçirdiyini demək olar. Amma bu aqibətlə hər bir klub üzləşə bilər. Hətta biz də. Bu, futbolun yazılmamış qanunudur.

- Heyətdə dəyişikliklər olacağını nəzərə alsaq, komandanızdan Çempionlar Liqasında nə gözləmək olar?
- Hələ bu barədə düşünməmişik. Yaxşı hazırlaşmaq istəyirik. Mənim ümumi planım hələ hazır deyil.

- Muarem Muarem komandanı tərk edəcək...
- Bəli, o, artıq sabah (bu gün) Türkiyəyə, "Əskişəhərspor"la müqavilə bağlamağa gedir. Ona uğurlar arzulayırıq. Bizim üçün qiymətli futbolçu və insan idi. O, hər şeyin ən yaxşısına layiqdir. Məşqçi belə peşəkar futbolçu ilə çalışmağı hər gün əldə edə bilmir.

- Leroy Corc barəsində də eyni fikirdəsiniz?
- Onun gedişi ilə bağlı? Xeyr. Biz hələ onunla danışacağıq.

- Bu mövsümü "Qarabağ" üçün ən uğurlusu saymaq olar?
- Belə mövsüm kluba, komandaya böyük ruh yüksəkliyi, təcrübə qazandırır. Bu, eyni zamanda gələcəyə də ümid yaradır. Həlledici oyunlarda lazım olan nəticəni qazanmaq lazımdır.

- "Qarabağ" artıq bir neçə oyunçu alb. Deyilənə görə, onların gəlişi bəzi futbolçuların komandadan gedəcəyinə işarədir. Kimlərin gedəcəyini dəqiqləşdirmisiniz?
- Klubu tərk edən futbolçular olacaq. Amma hələ tam qərarımızı verməmişik. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək. Çalışırıq elə edək ki, hətta gedən futbolçular da bizdən razı qalsınlar.

Mənbə: azerisport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2018
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28





Click to Visit