8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Sxadadze “İnter”in bombardiridi

Baçana Sxadadze “İnter”in heyətində yubiley qolunu vurub. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 33-cü turunun “Neftçi” ilə qarşılaşmasında (4:0) hesabı açan gürcüstanlı hücumçu komandasının heyətində çempionat matçlarında 30-cu dəfə fərqlənib. Oyunun gedişində ikinci dəfə fərqlənib, dublunu rəsmiləşdirən Sxadadze qol hesabını 31-ə çatdırıb. O, buna 114 matçda nail olub. 2010/11 mövsümündə debüt etdiyi komandada ilk qolunu növbəti çempionatda vuran hücumçu 2011/12 mövsümündə 7, 2012/13 mövsümündə 8, ötən çempionat 10 dəfə rəqib qapılarına yol tapıb. Cari mövsümdə isə Sxadadze 6 qola imza atıb.

Baçana “İnter”in tarixində Premyer Liqada ən məhsuldar oyunçudur. Valter Quqlemon 28, Xaqani Məmmədov 22, Elşən Məmmədov 21 dəfə fərqlənib.

Qeyd edək ki, əvvəllər “Simurq”da da oynayan Sxadadze ümumilikdə Premyer Liqada 127 qarşılaşmada 36 qol vurub.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31