6 May 2024, Bazar ertəsi
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da

Ölkə futbolu

“Qəbələ”dən daha iki transfer

“Qəbələ” heyətini daha iki futbolçu ilə gücləndirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, daha öncə Ruslan Əmircanov, Andrey Kristea, Adrian Ropotan, Ruslan Abışov, Cavid Hüseynov, Pavol Farkaş və Karioka Markinyoşu rənglərinə bağlayan "qırmızı-qaralar" portuqaliyalı Yazalde Pinto ilə rumıniyalı Aleksandru Benqanı sıralarına qatıb. Hər iki futbolçu ilə bir illik müqavilə imzalanıb. Portuqaliyanın "Braqa" klubuna məxsus Pinto "Qəbələ"də icarə əsasında çıxış edəcək.

1988-ci il sentyabrın 21-də anadan olan Yazalde Pinto peşəkar futbolçu karyerasına 2007-ci ildə Portuqaliyanın "Varzim" klubunda başlayıb. 2009-cu ildə "Braqa"ya transfer olan hücumçu "Qəbələ"yə keçidinə qədər icarə əsasında bir neçə klubda çıxıb edib. Pintonun son komandası isə Rumıniya "Astra"sı olub. Hücumçu Portuqaliyanın U-20 və U-21 komandalarının formasını geyinib.

Digər yeni futbolçu - müdafiəçi Aleksandru Benqa 15 iyun 1989-cu ildə Rumıniyada anadan olub. Peşəkar futbolçu karyerasına ölkəsində 2006-cı ildə "Braşov" klubunda başlayan Benqa "Qəbələ"yə keçidinə kimi "Petrolul", "Otelul" (hər ikisi Rumıniya) və "Botev" (Bolqarıstan) kimi komandaların şərəfini qoruyub.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31