4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“İnter”in əvəzedicilərdən rekord göstərici

“İnter”in əvəzedici komandası Azərbaycan rekorduna imza atıb. Futbolxeber.az-ın məlumatına görə, bakılılar “Simurq”u 6:0 hesabı ilə məğlub edərək mövsümdə vurduğu qolların sayını 82-yə çatdırıb. İndiyədək əvəzedicilərin ölkə birinciliyində heç bir komanda bu qədər qol vurmamışdı. 1997/98 mövsümündə keçirilən və 2008/09 mövsümündən etibarən bərpa olunan yarışların rekordu bunadək də “İnter”ə məxsus idi. Bakılılar 2009/10 mövsümündə 32 oyuna 81 qol vurmuşdu. Həmin rekordunu 1 top yaxşılaşdıran paytaxt təmsilçisi mövsümün son 7 oyununda nailiyyətini daha da artıra bilər.

Qeyd edək ki, 2010/11 mövsümündə “Bakı” 78 qol (32 oyun), 2011/12 mövsümündə “Neftçi” 73 qol (32 oyun) vurmaqla məhsuldarlıqda ilk “dördlük”də yer alıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31