28 Yanvar 2026, Çərşənbə
"Qarabağ" "Liverpul" səfərində
"Turan Tovuz" onunla vidalaşdı
U-21 millimizin üzvü “Səbail”də
“Neftçi”nin yarımmüdafiəçisi “Qaziantep”də

Basketbol

“Gəncə”nin qələbəsi üçün bütün fədakarlıqlara hazıram”

"Gəncə"nin basketbolçusu Delano Spenser komandanın qələbəsi üçün bütün fədakarlıqlara hazırdır.

Futbolxeber.az saytının məlumatına görə, ABŞ-dən olan oyunçu bu barədə klubun mətbuat xidmətinə müsahibəsində deyib.

O, şəxsi göstəricilərin önəmli olmadığını bildirib: "Mənim üçün şəxsi göstəricilər yox, komanda önəmlidir. Bütün diqqətimi komandanın qalib gəlməsinə yönəltmişəm. Məşqçilər və oyunçu yoldaşlarım daha çox xal toplamaq üçün mənə imkan yaratdılar. "Gəncə"nin qələbəsi üçün bütün fədakarlıqlara hazıram. İstəyirəm əvvəlki oyunlarda olduğu kimi, çoxlu sayda assist və ribaundlar edim".

D.Spenser sıx qrafiklə iki oyun keçirəcəklərini söyləyib: "Bizi vacib matçlar gözləyir. Hər iki oyunda qalib gəlib gücümüzü göstərməliyik. Yaxşı, rəqabətədavamlı komandamız var və bilirik ki, liqada ən yaxşı kollektivlərdən biriyik. Uğur qazanmağa köklənmişik. Meydana qalib gəlmək üçün çıxacağıq. Bütün diqqətimiz buna yönəlib. Hər görüşdə qələbə qazanmaq gücündəyik. Bununla azarkeşlərimizə müsbət enerji ötürə bilərik. Onlar buna layiqdirlər. Azarkeşlər bizi evdə və səfərdə dəstəkləyirlər. İstəyirik ki, Gəncə bizimlə fəxr etsin".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31