3 Fevral 2026, Çərşənbə axşamı
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq

Digər idman növləri

Qadın boksçular arasında Azərbaycan çempionatı başa çatdı

Qadın boksçular arasında Azərbaycan çempionatında bu gün final döyüşləri keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Bakı Boks Mərkəzində təşkil edilən yarışda 55 kq çəkidə Lalə Mədətova qalib adına layiq görülüb.

Z-1 İdman Klubunun yetirməsi finalda Mehparə Məmmədovadan (MOİK) güclü olub - 5:0.

Cəmilə Sultanlı (51 kq, Sumqayıt) da Azərbaycan çempionu tituluna yiyələnib. O, həlledici görüşdə Günel Rəhimovanı (DİN İC) 5:0 hesabı ilə məğlub edib.

Emili Rzayevanın (“Neftçi” İK) finalda rəqibi Səlbi Bayramova (Sumqayıt) olub. Hər 3 raundu xeyrinə bitirən Bakı təmsilçinin idmançısı yekunda 5:0 hesabı ilə qələbə qazanaraq, 60 kq çəki dərəcəsində birinci olub.

Fatimə Mehdiyeva (Gəncə) isə final görüşünün taleyinə ilk raundda aydınlıq gətirib. İlk raundda Leyli Bayramovaya (Quba) tam üstünlüklə qalib gələn Gəncə boksçusu 65 kq çəkidə ölkənin ən güclüsü adına sahib çıxıb.

Qeyd edək ki, yarışda Güləndam Aslanova (60 kq, “Qızıl əlcək” İK) və Özləm Həsənova (65 kq, AHİTA) çempionatı bürünc medalla başa vurub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28