27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Basketbol

"Gəncə"nin baş məşqçisi: “Komanda özünə bənzəmir”

“Qış fasiləsindən sonra komanda özünə bənzəmir”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Gəncə"nin baş məşqçisi Bedri Meriç "Neftçi"yə 62:97 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının XV turunun matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis oyunçuların mübarizə əzmini ortaya qoya bilmədiklərini söyləyib: "Onları toparlamağa çalışırıq. Zədəyə görə mövsümü erkən başa vuran Kenyon Dulinqin də yoxluğu təsir edir. Qarşıdakı 4 oyunda qələbə qazanmaq məcburiyyətindəyik. Başqa yolumuz yoxdur".

Baş məşqçi kubokda 1, liqada 3 görüşlərinin qaldığını vurğulayıb: "Həmin matçlarda hədəfimiz qalib gəlməkdir. Çempionatı major notlarla başa vurmaq istəyirik. İki həftəlik fasilə var. Fasilədən maksimum yararlanmağa çalışacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30