8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Basketbol

"Azərbaycan Kubokuna da yaxşı hazırlaşmışıq"

"Bu turnirə də yaxşı hazırlaşmışıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Sərhədçi"nin baş məşqçisi Evren Alkaya "Şəki"yə 92:81 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
 
Türkiyəli mütəxəssis hər komandada yorğunluğun olduğunu bildirib: "Çox mübarizəli oyun alındı. Qısa müddətdə artıq iki oyun keçirmişdik. Bu öz təsirini göstərirdi. Çox istirahət edə bilməmişdik. Nəticədə “Şəki” klubu müdafiə seçimini etdi, atışlarla önə keçməyə, dominantlıq etməyə çalışdı. Matçın əvvəlində atışlarımız yaxşı deyildi. Amma bilirdik ki, oyun getdikcə daha yaxşı olacaq".
 
Baş məşqçi ikinci hissədən etibarən qarşılaşmada nəzarəti ələ aldıqlarını vurğulayıb: “Şəki” komandası rotasiyalara görə çətinlik yaşadı. Bu turnirə də yaxşı hazırlaşmışıq. Uşaqlar əllərindən gələni etdilər. Yarımfinal oynamaq üçün bacardığımızı edəcəyik. “Sabah”la oyunda mütləq qələbə qazanmalıyıq. “Sərhədçi” adına yaraşanı etmək üçün çalışacağıq”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31