9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Basketbol

“Gəncə”nin baş məşqçisi məğlubiyyəti şərh etdi

"Kubok matçlarını ritm yaxalamaq üçün oynayırıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu “Gəncə”nin baş məşqçisi Bedri Meriç “Sabah”a 77:89 hesabı ilə məğlub olduqları basketbol üzrə Azərbaycan Kubokunun oyunundan sonra deyib.
 
Mütəxəssis uduzmalarına baxmayaraq, rəqiblə başabaş mübarizə apardıqlarını bildirib: “Kubokun ilk turunda “Sərhədçi” ilə görüşdə pis oynamışdıq. Bu, bizim oyun üslubumuz deyildi. Çünki uduzduğumuz görüşlərdə belə, mübarizə əzmimiz həmişə yüksək olub, vuruşaraq məğlub olmuşuq. “Sabah”la qarşılaşmaya da pis başladıq. Amma asan təslim olmadıq. Rəqib bizdən çox güclü olmasına baxmayaraq, hesab arasındakı böyük fərqi aradan qaldırmağı bacardıq”.
 
Bedri Meriç kubok matçlarına ciddi yanaşmadıqlarını etiraf edib: “Limit fərqi var. Bizim üçün çempionat matçları önəmlidir. Evdə və səfərdə keçirəcəyimiz qarşılaşmalarda qalib gəlməyə çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31