4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Basketbol

Təbriz Həsənov: “Haqqımda nə istəyirsiz yazın, amma futbolçularımın üstünə getməyin”

“Bu hesabla uduzacağımızı gözləmirdim. Ən çox ehtiyat etdiyim erkən qol buraxmağımız idi. Bu da baş verdi. Ən zəif oyunumuzu oynadıq. Portuqaliyanın bütün komponentlərdə bizdən üstün olduğunu gördük”. Futbolxeber.az saytının məlumatına görə, bu sözlər i U-17 millimizin baş məşqçisi Təbriz Həsənov deyib.

Azərbaycan yığması Avropa çempionatındakı ilk oyununda Portuqaliyaya 0:5 hesabı ilə uduzub.

Həsənov böyükhesablı yenilgiyə görə məsuliyyəti öz üzərinə götürüb: “Növbəti oyunlara komandanı psixoloji cəhətdən hazırlamaq çətin olacaq. Məsuliyyət mənim boynumdadır. Mənim haqqımda nə istəsəz, yaza bilərsiz, amma futbolçularımın üstünə getməyin. Qarşıda hələ 2 oyunumuz var. Inanıram ki, həmin oyunlarda qalib gəlməklə qrupdan çıxacağıq”.

Millimizin çalışdırıcısı qeyd edib ki, o da komandasının 0:5 hesablı uduzmasını istəməzdi: “Mən də azərbaycanləyam, istəməzdim ki, belə uduzaq. Amma qarşıda daha 2 oyunumuz var. Şansımız tükənməyib”.

Yığmamızın çalışdırıcısı komandanın hazırlığının istənilən səviyyədə olmaması haqda sualı belə cavabıandırıb: “Hazırda hazırlıqdan danışmaq üçün tezdir. 2 oyunu da keçirək, sonra bu haqda danışarıq. Amma unutmayın ki, futbolçular əsas hazırlığı mənim yanımda keçmirlər”.

Millimizin çalışdırıcısı yığmaya ən güclüləri dəvət etdiyini qeyd edib: “Bu gün heyətə dəvət etdiyim futbolçularımın hamısı klublarında əvəzedici heyətdə çıxış edirlər. 17 yaşlıların çempionatında çıxış edən futbolçu burda 5 dəqiqə də oynaya bilməz. 17 yaşlıların çempionatını məndən çox gəzən yoxdur. Lakin orada yığmanı gücləndirəcək futbolçu yoxdur. Bu gün ən güclülər milliyə dəvət alıb”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31