9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Terim: “Ümid edirəm ki, “Real” çempion olacaq”

 

“Qalatasaray”ın təcrübəli çalışdırıcısı Fatih Terim açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə dünən Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında, öz meydanında “Real”ı (3:2) məğlub edən “Cim-Bom”un məşqçisi belə deyib: “Doğrudur, biz “Real”ı mübarizədən kənarlaşdıra bilmədik. Lakin, “Qalatasaray” bütün dünyanın hörmətini qazandı. Bizim arzumuz bu oyunu məğlub olmadan meydanı tərk etmək idi. 3-cü qolu vurduqdan sonra hətta bizdə  yarımfinala çıxmaq ümidi də yarandı. Ümid edirəm ki, “Real” bu turnirin qalibi olacaq və biz də o zaman deyə biləcəyik ki, çempiona uduzmuşuq. Sadəcə olaraq asanlıqla qol buraxmayıb, yaranan qol şanslarından düzgün istifadə edə bilsələr, türk futbolçularının əldə edə bilməyəcəyi heç nə qalmaz. Gücümüzü hər dəqiqə daha da artırmalıyıq. İndi biz başımızı dik tutub, öz yolumuza davam edə bilərik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31