9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Hafiz Məmmədovun klubuna transfer etməyə icazə verildi

Fransa Futbol Federasiyasının Apelyasiya Komitəsi Peşəkar Klublara Nəzarət Komissiyasının (DNCG) “Lans” klubuna mövsümün sonunadək futbolçu transferini qadağan etməsi bağlı qərarını ləğv edib.
 
Qol.Az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu kluba qış transfer pəncərəsi bitənə - yanvarın 31-nə kimi yeni futbolçu almağa icazə verilib.
 
Xatırladaq ki, DNCG Fransa klubunun hesabına köçürülən vəsaitin bank sübutunun olmamasını əsas gətirərək bəla qərar vermişdi. Məmmədov ötən ilin iyulunda “Lans”a sahib olarkən, kluba ilkin mərhələdə 5 milyon avro, 2013-cü ilin iyunun 30-dək isə 6 milyon avro köçürməli idi. Amma klub 6 milyon avronu fevraldan etibarən köçürülməyə başlanmasını, DNCG isə bu ödəmələrə zəmanət verilməsini xahiş etmişdi.
 
“Sarı-qırmızılar”ın köçürmələrin bank sübutlarını Fransa Futbol Federasiyasına təqdim etməsindən sonra DNCG-nin qərarı ləğv olunub.
 
Xatırladaq ki, hazırda “Lans” Fransanın II Liqasında 2-ci pillədə qərarlaşıb və gələn mövsüm I Liqaya vəsiqəyə iddialıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31