9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Ərəb dünyası Ronaldonu ilin ən yaxşısı seçdi

Əlcəzairin “Le Buteur” qəzeti 22 ərəb ölkəsini təmsil edən mətbuat orqanları arasında ilin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün sorğu keçirib. Futbolxeber.az-ın məlumatına görə, sorğuda Livan, Küveyt, Fələstin, İraq, Tunis, Qətər, Oman, Yəmən, Mavritaniya, Səudiyyə Ərəbistanı, Suriya, Oirdaniya, BƏƏ, Misir, Mərakeş, Bəhreyn, Sudan, Liviya və digər ölkələri təmsil edən 100-dən artıq idman jurnalisti iştirak edib. Yekunda qalib Kriştianu Ronaldo seçilib. 314 səs qazanan portuqaliyalı futbolçu rəqibləri üçün əlçatmaz olub. “Bavariya”nın üzvü Frank Riberi 245 səslə ikinci, “Barselona”lı Lionel Messi isə 240 səslə üçüncü olub.

 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31