9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Almaniya millisinin sabiq futbolçusundan şok etiraf: “Homoseksualam”

“Everton”, “Latsio”, “Volfsburq” və Almaniya millisinin sabiq futbolçusu Tomas Hitslşperger seksual orientasiyası haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, veteran futbolçu homoseksual olduğunu gizlətməyib: “Gizlətmirəm, homoseksualam. Bunu ona görə açıq şəkildə deyirəm ki, qoy, digər idmançılar da öz orientasiyaları haqda açıq danışsınlar. Gey olduğumu anlamağım xeyli vaxt apardı. Əslində kim olduğumu bir neçə il əvvəl dərk etdim. İngiltərə, İtaliya və Almaniyada bu baxımdan heç bir problem yoxdur. Hətta paltardəyişmə otağında da. Ümumiyyətlə, heç vaxt seksual orientasiyama görə problemlə üzləşməmişəm”.

Xatırladaq ki, Hitslşperger futbolçu karyerasını ötən il başa vurub. O,  “Astom Villa”, “Çesterfild”, “Ştudqart”, “Latsio”, “Vest Hem”, “Volfsburq” və “Everton” klublarında, eləcə də Almaniya millisində forma geyib. 2004-2010-cu illər aralığında o, Bundestimin heyətində 52 oyunda forma geyib və 6 qol vurub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31