9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

"Milan" azarkeşləri etiraz aksiyası keçirdi (FOTO)

"Milan"ın azarkeşləri komandanın cari mövsümdə "A" seriyasındakı çıxışından narazıdırlar. Futbolxeber.az-ın məlumatına görə, fanatlar dünən "Cenoa"ya qarşı keçirilən oyunun (1:1) gedişində futbolçular və rəhbərliyə qarşı ünvanlanmış banner açıblar. Bannerlərdə "Bizim səbrimiz daralmaq üzrədi. Heyətə və məşqçilər korpusuna əl gəzdirin", "Milan" heç vaxt bu qədər aciz olmayıb. Siz bizim tariximizi məhv edirsiniz", "Konstant, təlxəylik etməkdənsə, sənin mənasız oyununu izləmək üçün pul ödəyən insanlara hörmət et" şüarları yer alıb.

Oyundan sonra isə 300 ultras "San Siro"nun əsas çıxışının qarşısına toplaşaraq, oyunçularla görüşməyi tələb ediblər. Əvvəlcə Mario Balotelli irəli çıxaraq, fanatları dinləməyə hazır olduğunu bildirsə də, polislər ona mane olublar. Marionun əvəzinə "Milan"ın iki vitse-kapitanı - Kaka və Kristian Abbyati fanatların görüşünə gedib. Təxminən 5 dəqiqəlik söhbətdən sona futbolçular geri dönüblər. Azarkeşlər isə onları alqışlayaraq, yolu açıblar.

Xatırladaq ki, hazırda aktivində 14 xal olan "Milan" turnir cədvəlin 11-ci yeri tutur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31