27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Xarici futbol

Bədavi Hüseynov: “Baxımlı, gözəl futbol üçün ən yaxşısını edəcəyik”

"Sabah biz Avropanın hazırda ən yaxşı komandasına qarşı oynayacağıq. Buna baxmayaraq, gözəl futbol göstərmək istəyirik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Bədavi Hüseynov sabah UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Bayer”ə qarşı keçiriləcək qarşılaşma barədə danışarkən deyib.

Oyunöncəsi mətbuat konfransına qatılan təcrübəli müdafiəçi psixoloji baxımdan üzərlərində hər hansı təzyiq olmadığını bildirib: “Bayer”lə görüşdə son iki oyundakından da çox gücü sərf etməliyik. Psixoloji cəhətdən böyük təzyiq yoxdur. Çünki onlara qarşı bu mövsüm iki dəfə oynamışıq. Baxımlı, gözəl futbol üçün ən yaxşısını edəcəyik".

O, "Braqa" ilə görüşün sonundakı məhsuldar ötürməsini belə xatırlayıb: “Bir anda gələn qərar idi. Gördüm ki, Nəriman irəlidə dayanıb. Yaxşı ki, baş hakim oyunu dayandırmadı. Şükürlər olsun ki, hər şey yaxşı alındı. Bu an üzərində çox dayanmaq istəməzdim. Komanda yaxşı mübarizə apardı. Hamımızın qələbəsi idi”.

B.Hüseynov bir neçə gün əvvəl təqdimatına qatıldığı "Qarabağ" FK 30 il” filminin motivasiya baxımından komandaya müsbət təsis edəcəyini vurğulayıb: “Filmi çox bəyəndim. Motivasiya sarıdan filmin dəyəri yüksəkdir. "Qarabağ" adı klub deyil. Bu filmdən sonra dünyada nümayiş etdirməliyik ki, "Qarabağ"ın necə tarixi var. Yaxşı motivasiyadır”.

Təcrübəli müdafiəçi sabahkı matçda Julio Romao və Elvin Cəfərquliyevin yoxluğuna da toxunub: “Komandada hər bir oyunçunun keyfiyyəti yüksəkdir. Bizdə bir oyunçu olmayanda, digəri keyfiyyətli şəkildə əvəz edir. Yoxluqları hiss ediləcək. Amma meydana kim çıxsa, ən yaxşısını etməyə çalışacaq”.

Sonda “Qarabağ”ın müdafiəçisi "Bayer"ə qarşı qrupdakı matçlarda oynamısız. Rəqib ilk növbədə nəyi bağışlamır?” sualını belə cavablandırıb: “Həmin oyunda öz səhvlərimizi gördük. Bu cür rəqiblər sənin dərhal asan yerlərini göstərir. Onları analiz etmişik. Son matçlar bizə daha çox motivasiya verib. Biz əvvəlki matçlardan daha yaxşı oyun göstərə bilərik. Hansısa anlarda eyni səviyyədə oynamışdıq. Son oyundan sonra səviyyəmiz də qalxıb. Sabah səhvlərə yol verməməyə, inamlı oynamağa çalışacağıq. Bu halda matçı da yaxşı nəticə ilə başa vura bilərik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30