3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

UEFA "Qarabağ"ın müdafiəçisi və məşqçisinə neçə oyunluq cəza verdi?

UEFA İntizam Komitəsi Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə matçda qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və məşqçisi Elçin Rəhmanovla bağlı qərarını açıqlayıb.
 
Futbolxeber.az-ın qitə futbol qurumunun saytına istinadən verdiyi məlumata görə, həm futbolçuya, həm də məşqçiyə 1 oyunluq cəza verilib.
 
Komandanın hər iki üzvü Avropa Liqasının 1/8 finalında “Bayer 04”ə (Almaniya) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı tribunadan izləyəcək.
 
Qitə futbol qurumu həmçinin sarı vərəqə limitini dolduran Julio Romaonun da 1 oyunluq cəzaya məruz qaldığını açıqlayıb.
 
Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublikas stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” görüşü martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflər arasında cavab görüşü isə bundan bir həftə sonra Leverkuzen şəhərində baş tutacaq.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31