28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Xarici futbol

Karaman Şahruddinin səhvindən və əvəzlənməsindən danışdı

"İki qol buraxan və ruhdan düşən dostumuz var idi. Belə hallar ola bilər. O da bizim oyunçumuzdur. Problem yoxdur".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor"un baş məşqçisi Hikmət Karaman Superliqanın son turunda "Alanyaspor"la oyundan (3:3) sonra mətbuat konfransında deyib.

O, 2-ci qolda kobud səhvə yol verən Şahruddini fasilədən sonra əvəzləməsinə münasibət bildirib: "Hamı bilir ki, fərdi səhvin qarşısını baş məşqçi ala bilməz. Bu cür səhvlərdə oyunçu dəyişikliyi etmək də asan deyil. Qapıçı səhv edə bilər. Futbolda belə şeylər olur. Nəhayət, fasilədə qapıçı məşqçimizlə də danışdım və o riski edərək dəyişik etdim. Vedat Karakuş da yaxşı oynadı, penaltini qaytardı, qurtarışlar etdi. O, "mən də bu rəqabətdə varam" dedi".

Xatırladaq ki, Şahruddin ötən gün keçirilən matçda ilk qolu 20-ci dəqiqədə cərimə zərbəsindən buraxıb. İkinci qol zamanı isə (33-cü dəq.) Məhəmmədəliyev ciddi səhvə yol verərək topu rəqibə ötürüb. “Alanyaspor”lu futbolçu isə hesabı 2:0 edib. Şahruddinin əvəzinə meydana çıxan Vedat Karakuş isə 76-cı dəqiqədə rəqibin penalti zərbəsini dəf edib və inamlı oyunu ilə yadda qalıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30