27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Xarici futbol

“Braqa” Bakıya qələbə ilə gəlir

UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa” Portuqaliya çempionatında növbəti oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Artur Jorjenin komandası 22-ci tur çərçivəsində öz meydanında “SC Farense”ni qəbul edib.

Görüş “Braqa”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 62-ci dəqiqədə Simon Banza və 85-ci dəqiqədə Çer Ndour fərqlənib. “SC Farense”nin yeganə qolunu 74-cü dəqiqədə Mohamed Belloumi vurub. Matçın ilk yarısında “Braqa”nın heyətində Joao Mutinyo penaltini qaçırıb.

Bu qələbə sayəsində xallarının sayını 43-ə çatdıran “Braqa” dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” və “Braqa” arasında keçiriləcək cavab matçı fevralın 22-də keçiriləcək. İlk oyunda təmsilçimiz 4:2 hesablı qələbə qazanıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30