3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Adı Azərbaycan millisi ilə hallanan məşqçi bu gün klubunu tərk edir

Mahaçqalanın "Dinamo" klubunun baş məşqçisi Qurban Berdıyevin bu gün tutduğu vəzifədən istefa verəcəyi gözlənilir.

Futbolxeber.az-ın məlumatına görə, bu barədə Rusiyanın sport24.ru saytı açıqlama yayıb. Bildirilir ki, 71 yaşlı mütəxəssis bu gün futbolçularla vidalaşacaq.

Onun növbəti dəfə çalışdıracağı komandalar arasında Azərbaycan millisinin də adı keçir. Lakin daha əvvəl AFFA-dan Q.Berdıyevlə danışıqlar aparılmadığı bildirilib.

Qeyd edək ki, Berdıyev "Dinamo"ya 2023-cü ilin yayından başçılıq edir. Hazırda komanda Rusiya birinci liqasında liderdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31