1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

Ronaldo bu göstəricidə Messiyə çatdı

“Əl Nəsr”in hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 17-ci turunda “Əl-İttihad”a qarşı keçirilən oyunda (5:2) dubl edib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, 38 yaşlı forvard karyerası ərzində 157-ci dəfə dublla yadda qalıb. Bu göstərici ilə Ronaldo “İnter Mayami”nin hücumçusu Lionel Messiyə çatıb.

Bundan başqa, portuqaliyalı ulduz başa çatmaqda olan ildə vurduğu qolların sayını 53-ə çatdırıb və Harri Keyn və Kilian Mbappeni geridə qoymaqla 2023-cü ilin ən məhsuldar futbolçusu olub.

Qeyd edək ki, Ronaldo cari mövsüm “Əl Nəsr”in heyətində meydana çıxdığı 24 matçda 23 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31