3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

AVRO-2024: Seçmə mərhələsinin ən yaxşı qolu müəyyənləşdi

AVRO-2024-ün seçmə mərhələsinin ən yaxşı qolu müəyyənləşib.
 
Futbolxeber.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, Qazaxıstan millisinin futbolçusu Asxat Taqıberqenin II turda Danimarka ilə görüşdə vurduğu qol azarkeşlər tərəfindən ən yaxşı seçilib.
 
Yarımmüdafiəçi komandasının öz meydanında 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 86-cı dəqiqəsində cərimə meydançası kənarından qüvvətli zərbə ilə rəqibi məyus edib.
 
O, azərbaycanlı Emin Mahmudov, albaniyalı Kristian Aslani ilə Yasir Asani, ingiltərəli Bukayo Saka, sloveniyalı Yan Vipotnik, fransalı Kilian Mbappe, belçikalı Leandro Trossard, lixtenşteynli Sandro Volfinger və türkiyəli Yunus Akgündən çox səs toplayıb.
 
Qeyd edək ki, Azərbaycan millisinin kapitanı Emin Mahmudovun İsveçlə Bakıdakı qarşılaşmada (3:0) meydanın mərkəzindən vurduğu top IX turun ən yaxşı qolu seçilmişdi.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31