2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

Benzianın milliyə çağırılmamasına etiraz etdi

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia növbəti dəfə Əlcəzair yığmasına çağırılmayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, 29 yaşlı futbolçunun dostu buna görə millinin baş məşqçisi Camel Belmadiyə etiraz edərək sosial şəbəkə hesabında yazıb: 
 
“Belmadi ciddidir? Benzia ən yaxşı formada olan əlcəzairli yarımmüdafiəçidir. 10 avrokubok matçında iştirak edib, amma dəvət almır”.
 
Benzia isə dostunun bu fikirlərini İnstaqram səhifəsində paylaşaraq narazılığını biruzə verib. 
 
Əlcəzair yığmasının baş məşqçisi Camel Belmadiyə son mətbuat konfransında bu məsələ ilə bağlı sual ünvanlanıb. O isə qısa cavab verib: “İstədiyini deyə bilər”.
 
Qeyd edək ki, Yassin Benzia əvvəl Fransanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. O, 2016-2018-ci illərdə Əlcəzair millisinə çağırılıb. 
 
Əlavə edək ki, Benzia bu mövsüm bütün turnirlər daxil olmaqla "Qarabağ"da 15 oyuna 2 qol vurub, 5 qol ötürməsi edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31