2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

Sabiq “Qəbələ”li: “Qazaxıstan millisinin Avro-2024-ə yollanmaq üçün yaxşı şansı var”

“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin Qazaxıstan millisinin Avro-2024-ün seçmə mərhələsindəki çıxışını dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, “Sport-Ekspress”ə açıqlamasında rusiyalı mütəxəssis Qazaxıstan yığmasının qazandığı nəticələrdə baş məşqçi Maqomed Adiyevin böyük pay sahibi olduğunu vurğulayıb:

“Adiyev yaxşı məşqçidir. O, Qazaxıstan millisindəki fəaliyyəti ilə yüksək bacarığını nümayiş etdirir. Adiyevin komandasının Avro-2024-ə yollanmaq üçün yaxşı şansı var. İnanıram ki, qazaxlar fürsəti əldən verməyəcəklər. Bu, Qazaxıstan futbolun üçün böyük nailiyyət olar”.

Qeyd edək ki, dünən öz meydanında Şimali İrlandiyanı 1:0 hesabı ilə məğlub edən Qazaxıstan millisi xallarının sayını 12-yə çatdırıb. H qrupunda 6 turdan sonra Sloveniya millisi 14 xalla liderdi. İkinci pillədə qərarlaşan Danimarka 13 xala sahibdi. Finlandiya və Qazaxıstan milliləri isə 12 xalla 3-4-cü yerləri bölüşdürürlər. Gələn tur Sloveniya Finlandiyanı qəbul edəcək. Qazaxıstan isə Danimarka səfərinə yollanacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31