2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

“Barselona” rəsmisi: “Messi qayıtmaq istəsəydi, bunun üçün səy göstərərdi”

“Barselona”nın prezidenti Joan Laportanın məsləhətçisi Enrik Masip Lionel Messinin yayda komandaya qayıdışının baş tutmaması barədə danışıb.

Futbolxeber.az saytının “sport.es”ə istinadən verdiyi məlumata görə, funksioner keçidin reallaşmamasının argentinalı futbolçu ilə bağlı olduğunu bildirib:

“Messinin qayıdışı mümkün idimi? Məncə, bəli. Müzakirə olunan şərtlərlə qayıdış reallaşa bilərdi. Əgər Messi “Barselona”ya geri dönmək istəsəydi, bunun üçün səy göstərərdi. Yekunda hər kəs öz yolunu seçir. O da ABŞ-a yollandı. Messi yeni iş yerində xoşbəxt görünür”.

Qeyd edək ki, PSJ ilə müqaviləsi yayda başa çatan argentinalı ulduzun sabiq klubuna qayıdışı müzakirə olunsa da, yekunda o, “İnter Mayami”yə keçməyə qərar verdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31