2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

“Turan Tovuz”un müdafiəçisi oynadı, “Araz-Naxçıvan”ın qapıçısı izlədi

Avro-2024-ün seçmə mərhələ oyunları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, E qrupunda yer alan Moldova millisi səfərdə Farer adalarının qonağı olub.

Görüş Moldova yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu qarşılaşmanın 53-cü dəqiqəsində Vadim Rata vurub.

Moldova millisinə dəvət alan “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi meydana start heyətində çıxıb və görüşü əvəzolunmadan keçirib. “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avraam isə görüşü əvvəldən sona kimi komandasının qələbəsini ehtiyat oyunçular skamyasından izləyib.

Bu qələbə sayəsində xallarının sayını 8-ə çatdıran Moldova millisi hazırda Çexiya ilə birgə qrupda şərikli liderdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31