2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

“Partizan”ın qapıçısı: “Mərhələ adlayacağıq”

“Partizan”ın qapıçısı Aleksandr Yovanoviç Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Bakıda "Sabah"a uduzduqları oyun (0:2) haqda danışıb.

Futbolxeber.az saytının Serbiya mətbuatına istinadən verdiyi məkumata görə, o, məğlubiyyətə baxmayaraq, mərhələ adlayacaqlarına inandığını deyib:

“Əgər Belqraddakı cavab oyununun ilk 20 dəqiqəsində qol vursaq, yenidən mübarizəyə qayıdacağıq. Buraxdığımız ikinci qol üçün təəssüf hissi keçirirəm. Belə bir oyunda 1:0 və ya 2:0 uduzmaq eyni deyil... Mən ürəkdən inanıram ki, biz mərhələ adlayacağıq.

Bu gün (dünən - red.) bu temperaturda oynamaq asan deyildi. Bu, əslində bəhanə deyil. Amma insanlar belə hava şəraitində oynamağın necə çətin olduğunu bilmirlər. Əvvəllər belə havada Kiprdə oynamışam və bu mənim üçün çətin idi”.

31 yaşlı qapıçı 69-cu dəqiqədə Aleksey İsayevin penalti zərbəsini dəf edib. Yovanoviç bu haqda danışarkən bildirib: "Komandaya kömək etməyə çalışıram. İndi kifayət qədər təcrübəliyəm. Bəzi fərdi uğurlar məni qane etmir. Mən komanda uğurlarına üstünlük verirəm. Buna görə də "Paritzan"a gəldim".

Qeyd edək ki, avqustun 17-də Belqraddakı “Partizan” stadionunda keçiriləcək cavab oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31