3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Aquero: “Messi MLS-ni dəyişəcək”

Argentina millisinin sabiq hücumçusu Serxio Aquero həmyerlisi Lionel Messinin “İnter Mayami”yə keçidini şərh edib.  

Futbolxeber.az saytının “TyC Sports”a istinadən verdiyi məlumata görə, hazırda Mayamidə yaşayan Aquero sabiq komanda yoldaşının bu şəhərdə olmasından razılığını ifadə edib:

“Messinin Mayamidə olmasından şadam. Mən də burada yaşayıram və biz bundan yararlanmağa çalışacağıq. Xeyli insan televizor vasitəsi ilə onun oyunundan zövq alırdı. İndi isə Leonun çıxışına canlı tamaşa edəcəklər. Messinin gəlişi MLS-ni dəyişəcək. Məhz bu keçiddən sonra xeyli sayda futbolçu ABŞ-da oynamağa razılaşacaq”.

Qeyd edək ki, Leonel Messi “İnter Mayami” ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31