3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Krivotsyukun komandası 6 turdan sonra uduzdu

Cənubi Koreya çempionatında 23-cü tura yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, turun son matçında milli komandamızın müdafiəçisi Anton Krivotsyukun formasını geydiyi “Daejeon” səfərdə “İnçeon”un qonağı olub.

Meydana start heyətində çıxan Krivotsyuk görüşü əvəzolunmadan keçirib.

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 84 və 90+4-cü dəqiqələrdə rəqib qapısına yol tapan “İnçeon” meydanı 3 xalla tərk edib. Bununla da Krivotsyukun komandasının məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Belə ki, son 6 turda meydanı xalsız tərk etməyən “Daejeon” bu dəfə məğlub olub.

Bu yenilgidən sonra əvvəlki kimi 30 xalda qalan Krivotsyukun komandası 7-ci pillədə qərarlaşıb. “Daejeon”u ilk altılıqdan cəmi 1 xal ayırır.

Qeyd edək ki, Cənubi Koreya çempionatının reqlamentinə əsasən, 3 dövrəlik mübarizədən sonra komandalar iki qrupa ayrılırlar. İlk altılıqda qərarlaşanlar medallar uğrunda, ikinci altılıq isə liqada qalmaq uğrunda mübarizə aparır.  

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31