3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Akinfeyev klub səviyyəsində ilk dəfə penaltilərdə uduzdu

Rusiya Superkuboku uğrunda görüşdə ÇSKA penaltilər seriyasında “Zenit”ə 4:5 hesabı ilə uduzub.

Futbolxeber.az saytının məlumatına görə, Moskva klubunun qapıçısı İqor Akinfeyev karyerası ərzində ikinci dəfə penaltilər seriyasından məğlub ayrılıb.

Təcrübəli qolkiper buna qədər 8 dəfə oyunsonrası penaltilər seriyasında mübarizə aparıb: 6 dəfə ÇSKA ilə, 2 dəfə isə milli komanda ilə.

Buna qədər “Hərbçilər”lə bütün penaltilər seriyasından qalib ayrılan Akinfeyev yalnız 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının 1/4 finalında xorvatlarla görüşdə məyus olub. Həmin mundialda 1/8 finalda İspaniyanı penaltilər seriyasında mübarizədən kənarlaşdıran Rusiya millisi növbəti mərhələdə eyni aqibəti xorvatlara yaşada bilməmişdi.

Maraqlıdır ki, Kazandakı bugünkü matça qədər Akinfeyev bütün hallarda penaltilər seriyasında ən azı rəqibin 1 zərbəsini dəf edə bilmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31