3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

“Fənərbaxça”nın legionerlərinin Rusiyadakı turnirə qatılmaqlarında problem yoxdu

"Fənərbaxça”nın legionerlərinin Sankt-Peterburqda keçiriləcək və “Neftçi”nin də qatılacağı beynəlxalq “Matç TV Kuboku” turnirində iştirak etmək istəməmələri barədə yayılan xəbər təkzib olunub.

Futbolxeber.az saytının məlumatına görə, İstanbul klubunun üzvü Emre Morun meneceri Nima Modir “Sport-Ekspress”ə açıqlamasında deyilənləri yalanlayıb:

“Belə bir məsələ yoxdu. Ona görə də olmayan şeyi necə şərh edək?”

Türkiyə kubunun hücumçusu Dieqo Rossinin meneceri Kia Curabçian məsələyə belə münasibət bildirib:

“Məndə “Fənərbaxça”nın legionerlərinin Rusiyaya yollanmaq istəməmələri barədə hər hansı məlumat yoxdu. O cümlədən də Rossi bu barədə heç nə deməyib”.

Joau Pedronun meneceri Marko Piççoli də müştərisinin Rusiyaya yollanmaq barədə hər hansı bir narazılığının olmadığını vurğulayıb:

“Bu barədə Joao Pedrodan heç nə eşitməmişəm”.

Qeyd edək ki, bu gün yeni transfer Edin Dzeko başda olmaqla “Fənərbaxça”nın legionerlərinin Sankt-Peterburqdak turnirə yollanmaq istəməmələri barədə məlumat yayılıb.

Xatırladaq ki, 1-15 iyul aralığında keçiriləcək “Matç TV” kubokunda “Neftçi” və “Fənərbaxça” ilə yanaşı, “Zenit” və “Srvena Zvezda” iştirak edəcək.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31