3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Xorvatiya mətbuatı Mahir barədə

İyunun 26-dan başlayaraq Zaqreb “Dinamo”su Sloveniyada təlim-məşq toplanışına başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda Xorvatiya mətbuatı açıqlama yayıb.

Baş məşqçi İqor Bişçan hazırlıq prosesinə 23 futbolçu cəlb edib. Onların sırasında “Konyaspor”da icarədə olmuş Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli də var.

Xorvatiyanın “Germanijak” nəşrinin yazdığına görə, Türkiyə klubu Mahiri 1 milyon avro qarşılığında birdəfəlik transfer etməkdən imtina edib. Bildirilir ki, Emreli özünü yeni baş məşqçi İqor Bişçana göstərir. “Onun “Dinamo”da qalacağı hələ bəlli deyil”, - deyə yazıda qeyd olunur.

Həmçinin qeyd edilir ki, yaxın vaxtlarda Bruno Petkoviç də hazırlıq prosesinə qoşulacaq. Bununla da hücum xəttindəki oyunçuların sayı 4-ə yüksələcək və rəqabət artacaq. “Əlbəttə, hücumun mərkəzində oynayanların hamısının məşqçinin etimadını qazanması çətin olacaq. Onların 10 məşqi və 3 yoxlama oyunu var. Bu futbolçulardan Emreli və Bakrar cinahlarda da çıxış edə bilirlər. Təbii ki, Petkoviçin statusu şübhə doğurmur”, - deyə yazıda bildirilib.

Qeyd edək ki, təlim-məşq toplanışı iyulun 7-nə kimi davam edəcək.

Xatırladaq ki, M.Emreli son dəfə bu ilin fevralında “Dinamo”nun düşərgəsində olub. O, sonradan icarə qaydasında mövsümün sonuna qədər “Konyaspor”da çıxış edib.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31