3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Rio Ferdinand: “Bu gün qiymətim 200 milyon avro olardı”

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand maraqlı açıqlaması ilə diqqət çəkib.

Futbolxeber.az saytının “Manchester Evening News”ə istinadən verdiyi məlumata görə, veteran müdafiəçi bildirib ki, hazırda karyerasını davam etdirsəydi, transfer dəyəri 200 milyon avro olardı:

“İndi futbol bazarında fantastik rəqəmlər dövr edir. Hazırda karyeramı davam etdirsəydim, transfer dəyərim nə qədər olardı? 120 milyon avro? Yox, bu, çox azdı. 200 milyon avro olardı. Həftəlik maaşım isə 500 min avro təşkil edərdi”.

Xatırladaq ki, Ferdinand vaxtı ilə dünyanın ən bahalı müdafiəçilərindən olub. “Mançester Yunayted” onu “Lids”dən 45 milyon avroya transfer edib.

Əlavə edək ki, bu gün yayılan məlumatlara görə, “Leypsiq”in müdafiəçisi Yoşko Qvardiol “Mançester Siti”yə transfer ediləcəyi təqdiqdə dünyanın ən bahalı müdafiəçisi adına sahib çıxacaq.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31