3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Mbappe “Real”da mövsümə 60 milyon avro qazana bilər

“Real”a transfer olunacağı gözlənilən Kilian Mbappenin yeni iş yerindəki qazancı məlum olub.

Futbolxeber.az saytının “El Debate”yə istinadən verdiyi məlumata görə, keçid baş tutacağı təqdirdə fransız forvardın yeni iş yerindəki qazancı 60 milyon avro təşkil edəcək. Bu məbləğə futbolçunun reklam müqavilələrindən əldə edəcəyi gəlir daxil deyil.

Xatırladaq ki, Avropa mətbuatı qarşıdakı 2 həftə ərzində Mbappenin “Real”a keçidinin reallaşacağını yazır. Bildirilir ki, futbolçunun anası Fayza Lamari “Real”la gizlin danışıqlar aparıb.

Dünən isə “PSG Community” nəşri “Real”ın Mbappe üçün Paris klubuna 250 milyon avro ödəyəcəyi barədə məlumat yayıb.

Xatırladaq ki, PSJ Fransa millisinin hücumçusunu 2018-ci ildə “Monako”dan 180 milyon avroya transfer edib. Mbappenin hazırkı klubu ilə müqaviləsi gələn yay başa çatır.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31