3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Kvabena Ovusu: "Qarabağ" və "Ferentsvaroş" eyni gücdədir"

"Bu gün təxminən eyni gücdə olan iki komanda meydana çıxacaq".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Macarıstanın "Ferentsvaroş" komandasının futbolçusu Kvabena Ovusu "Qarabağ"a qarşı keçirəcəkləri yoxlama oyunu ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.
 
26 yaşlı hücumçu Ağdam təmsilçisinin güclü kollektivə sahib olduğunu bildirib: "Qarabağ"ı yaxşı tanıyıram. Köhnə dostları görmək çox xoş olacaq. Bizi xüsusi bir matç gözləyir".
 
Afrikalı forvard Macarıstan təmsilçisinin hədəflərindən də söz açıb: "Burada özümü yaxşı hiss edirəm. Hamımızın bir məqsədi var. O da UEFA Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmaqdır. Məşqlərimiz gərgin keçir, bu da normaldır. Çünki yüksək səviyyəli görüşlərdə ciddi fiziki hazırlığa ehtiyacımız var. Biz düzgün yoldayıq".
 
Qeyd edək ki, bu gün baş tutacaq "Qarabağ" - "Ferentsvaroş" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Kvabena Ovusu ilin əvvəlində "köhlən atlar"dan Macarıstan klubuna keçib.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31