3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

“Rakuv” rəsmisi: “Qarabağ” keçə bilməyəcəyimiz rəqib deyil”

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqiblərindən olan "Rakuv"un (Polşa) Müşahidə Şurasının üzvü Voytsex Tsıqan Ağdam təmsilçisi haqda fikirlərini bölüşüb.

Futbolxeber.az saytının Polşa mətbuatına istinadən verdiyi məlumata görə, o, "Qarabağ"ın əvvəllər avrokuboklarda Polşa klublarına futbol dərsi verməsi düşüncəsi ilə razı olmadığını dilə gətirib:

"Kimsə deyə bilər ki, “Qarabağ” Polşa komandalarını təqib edir. Yarım il əvvəl Türkiyədə bu komanda ilə yoxlama oyununda üz-üzə gəlmək imkanımız oldu və qələbə qazandıq (3:0). Məntiqi baxımdan bu, Estoniyada oynamaqdan daha böyük problem olacaq. Ancaq ən önəmlisi meydanda nə olduğudur. “Qarabağ” əlbəttə ki, bizim keçə bilməyəcəyimiz rəqib deyil. Çempionlar Liqasının seçmə mərhələsindəki ilk rəqibə diqqət yetiririk. İndi ən vacib olan budur".

Qeyd edək ki, "Qarabağ" 1-ci təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"unu keçərsə, 2-ci təsnifatda “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31