3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Hakimi PSJ-ni “Mançester Siti”yə dəyişir?

PSJ-nin müdafiəçisi Əşrəf Hakiminin meneceri Alexandro Kamano müştərisinin “Mançester Siti”yə keçəcəyi barədə yayılan xəbərləri şərh edib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, o, mərakeşli futbolçunun klubunu dəyişmək fikrində olmadığını bildirib:   

“PSJ layihəsi Əşrəfə tam uyğundu. Bu səbəbdən də o, mühiti dəyişmək fikrində deyil. Mənim klubun idman məsləhətçisi Luiş Kampuşa böyük hörmətim var. O, gələcəklə bağlı bizdə əminlik yaradır”.

Xatırladaq ki, dünən Əşrəf Hakiminin PSJ-ni “Mançester Siti”yə dəyişəcəyi barədə xəbərlər yayılıb. Bildirilib ki, Mançester təmsilçisi Hakimiyə “Bavariya”yə keçəcəyi gözlənilən Kayl Uokerin əvəzləyicisi gözü ilə baxır.

Xatırladaq ki, Hakimi PSJ-də 2021-ci ildən çıxış edir. O, son mövsüm 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31