3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Braziliyalı futbolçu “Neftçi” ilə oyunda anşlaq yaşanmasını istəyir

“Zenit”in braziliyalı futbolçusu Duqlas Santos Sankt-Peterburqda təşkil olunacaq “PARI Premyer” turnirinin “Neftçi” ilə açılış oyunu üçün kömək istəyib.

Futbolxeber.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçi azarkeşlərdən həmin qarşılaşmada “Qazprom Arena”nın tribunalarını doldurmalarını xahiş edib.

Duqlas bunun yeni mövsümə yüksək motivasiya ilə hazırlaşmaq baxımından önəmli olduğunu söyləyib: “Bu turnir mövsümöncəsi çox vacibdir. Yoxlama görüşü xarakterli olsa da, təcrübəli və güclü rəqiblərlə qarşılaşmaq yeni mövsüm ərəfəsində səviyyəmizi qiymətləndirmək üçün yaxşı fürsətdir. İyulun ilk günündə keçirəcəyimiz birinci oyundan başlayaraq azarkeşlərimizin dəstəyinə ehtiyacımız olacaq. Bu, bizim yeni mövsümə daha yüksək əhvali-ruhiyyədə hazırlaşmağımıza təkan verəcək”.

Qeyd edək ki, “PARI Premyer” turnirinin ilk oyunu iyulun 1-də “Zenit”lə “Neftçi” arasında keçiriləcək. Azərbaycan klubu ayın 8-də Serbiya “Srvena Zvezda”sı, 15-də isə Türkiyə “Fənərbaxça”sı ilə üz-üzə gələcək.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31