28 Aprel 2024, Bazar günü
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu
32-ci turun hakim təyinatları

Xarici futbol

FİFA-dan rusların xeyrinə qərar: Moskva klubuna 17,43 milyon avro ödənilməlidi

FİFA Rusiya ÇSKA-sı ilə İngiltərənin “Vest Hem” klubu arasındakı mübahisəli ödəniş məsələsi bağlı qərarını açıqlayıb.

Futbolxeber.az-ın ali futbol qurumunun saytına istinadən verdiyi məlumata görə, FİFA “Vest Hem”in Nikola Vlaşiçin transferi üçün Moskva klubuna 17,43 milyon avro ödəməli olduğu barədə qərar qəbul edib. Halbuki daha əvvəl İngiltərə klubu Rusiyaya qarşı tətbiq olunan sanksiyalara görə pul köçürülməsinin mümkün olmadığını və bunun fors-major hal olduğunu əsas gətirərək sözügedən məbləği ödəməkdən boyun qaçırırdı.

Qərarə əsasən, “Vest Hem” iyulun 31-nə kimi təyin olunan məbləği ödəməsə, kompensasiyanın həcmi 25,65 milyona artacaq. Eləcə də İngiltərə klubuna 3 illik transfer qadağası tətbiq olunacaq.

Qeyd edək ki, Vlaşiç ÇSKA-dan “Vest Hem”ə 2021-ci ilin yayında keçib. 2022/23 mövsümünü xorvat icarə əsasında “Torino”ya keçib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30