27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Xarici futbol

"Neftçi"nin potensial rəqibi avrokuboklardan kənarlaşdırılıb

İsrail Futbol Federasiyasının İntizam Komitəsi "Beytar" klubunu UEFA Konfrans Liqasının təsnifat mərhələsindən kənarlaşdırıb.

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, buna komandanın azarkeşlərinin Netanya "Makkabi"si ilə ölkə kubokunun final oyunundakı (3:0) davranışı səbəb olub.

Fanatlar final fitindən sonra meydançaya daxil olaraq, mükafatlandırma mərasiminin keçirilməsinə imkan verməyiblər. Nəticədə təhlükəsizlik xidmətinin əməkdaşları İsrail prezidenti İsxak Hersoqu təcili olaraq stadiondan təxliyə etməli olublar.

İnsident səbəbindən "Beytar" 20000 ABŞ dolları məbləğində cərimələnib və yeni mövsümə -3 xalla başlayacaq. Bundan başqa, analoji hadisə təkrarlanacağı halda İsrail Kuboku klubdan alınacaq.

Yerusəlim təmsilçisi qərardan İsrail Futbol Federasiyasının Ali Arbitraj Şurasına apellyasiya şikayəti verməyə hazırlaşır. Azarkeşlər isə federasiyanı iyunun 19-da AVRO-2024-ün seçmə mərhələsində Andorraya qarşı keçiriləcək matçı boykot etməklə hədələyiblər.

Qeyd edək ki, "Beytar" Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlamalı idi. Sözügedən komanda bu raundda "Neftçi"nin potensial rəqiblərindən biri idi.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30