28 Aprel 2024, Bazar günü
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu
32-ci turun hakim təyinatları

Xarici futbol

Martines Ronaldonu Portuqaliya millisinə çağırmağa davam edəcək

Kriştianu Ronaldo Portuqaliya millisinin heyətinə forma geyməyə davam edəcək.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə yığmanın baş məşqçisi Roberto Martines deyib.

Belçikalı mütəxəssis 38 yaşlı ulduzun böyük təcrübəyə malik olduğunu bildirib:

“Kriştianu Ronaldo meydanda vacib oyunçu, paltardəyişmə otağında isə mühüm insandı. O, aparıcı mövqedə çıxış edir. Ronaldo hər an matçın taleyini həll edə biləcək hücumçudu. Onun unikal təcrübəsi var. Milli komandada 198 matçda forma geymiş başqa bir futbolçu tapa bilmərsiz. Bu məqam bizim üçün çox qiymətlidi. Ümumiyyətlə, məşqçinin bu barədə hansısa qərar qəbul etməsinə ehtiyac yoxdu. Hər şeyi futbol özü həll edir. Mən vacib qərarları komandanın uğuru naminə qəbul edirəm”.

Xatırladaq ki, Kriştianu Ronaldo Portuqaliya millisində 198 görüşdə 122 qol vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30